525.Az

Misir prezidenti Qəzza planı ilə bağlı Səudiyyəyə səfər edəcək


 

Misir prezidenti Qəzza planı ilə bağlı Səudiyyəyə səfər edəcək<b style="color:red"></b>

Misir prezidenti Əbdülfəttah Əs-Sisinin Qəzza ilə bağlı ərəb planını müzakirə etmək üçün Ər-Riyada səfər edəcəyi gözlənilir.

525.az xəbər verir ki, bu barədə Reuters öz mənbələrinə istinadən məlumat yayıb.

Ərəb dövlətləri liderləri Qəzza zolağının yenidən qurulması üçün müharibədən sonrakı planı müzakirə edəcəklər. Onların prezident Donald Trampın zolağın ABŞ-ın nəzarəti altında yenidən qurulması təklifinə qarşı çıxacaqları da gözlənilir.

Agentlik görüşün bu həftə keçiriləcəyini yazsa da, Misirin Xarici İşlər Nazirliyi müzakirələrin martın 4-nə qədər təxirə salındığını açıqlayıb.

Pərvanə Sultanova

 





18.02.2025    çap et  çap et