525.Az

Kanadada sərnişin təyyarəsi eniş zamanı aşdı


 

Kanadada sərnişin təyyarəsi eniş zamanı aşdı<b style="color:red"></b>

Torontoda Pirson Beynəlxalq Hava Limanında eniş zamanı sərnişin təyyarəsi aşıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən yerli vaxtla 14:45-də (Bakı vaxtı ilə 23:45) baş verib.

Minneapolis - Toronto reysini yerinə yetirən "Delta Airlines" aviaşirkətinə məxsus "Bombardier CRJ-900" təyyarəsinin göyərtəsində 76 sərnişin və 4 ekipaj üzvü olub. Qəzadan sonra hadisə yerinə gələn xilasedicilər mümkün yanğının qarşısını alaraq təyyarədəkiləri təxliyə ediblər. Xəsarət almış 15 sərnişindən biri 3 yaşlı uşaq olmaqla 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

Qəzaya səbəb kimi güclü külək göstərilir. Qəza zamanı Torontoda küləyin sürəti 65 km/saat olub.

Qeyd edək ki, baş verən hadisə üzündən hava limanı fəaliyyətini bir neçə saatlıq dayandırmaq məcburiyyətində qalıb.

L.Tağıyeva

 





18.02.2025    çap et  çap et