525.Az

Zelenski: Rusiya-ABŞ danışıqları sürpriz oldu, bunu mətbuatdan öyrəndik


 

Zelenski: Rusiya-ABŞ danışıqları sürpriz oldu, bunu mətbuatdan öyrəndik<b style="color:red"></b>

Müharibənin bitməsi üçün danışıqları Ukraynasız keçirmək mümkünsüzdür.

525.az APA-ya istinadən xəbərə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi görüşün nəticələrinə dair birgə mətbuat konfransı zamanı bildirib.

O, Ər-Riyadda Rusiya ilə ABŞ arasında baş tutan danışıqların gözlənilməz olduğunu qeyd edib: “Bu bizim üçün sürpriz oldu, məncə bir çox insan üçün sürpriz oldu. Biz bu görüşün keçiriləcəyini mətbuatdan öyrəndik”.

Zelenski müharibənin ədalətli şərtlər əsasında bitməsini istədiyini də vurğulayıb.

Bundan əlavə, Ukrayna lideri Türkiyə tərəfinə ölkəsinin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstək üçün təşəkkür edib.

 





18.02.2025    çap et  çap et