525.Az

Mbappenin sahibi olduğu komandanın biabırçı nəticələri


 

Mbappenin sahibi olduğu komandanın biabırçı nəticələri<b style="color:red"></b>

"Real"ın futbolçusu Kilian Mbappenin sahib olduğu klub "Kan" uğursuz nəticələr göstərir. 

QOL.az xəbər verir ki, 26 yaşlı hücumçu Fransanın Liqa 2 təmsilçisinə yayda sahiblənib. 

Hazırda klub turnir cədvəlində 15 xalla sonuncu - 18-ci yerdədir. Komanda son 40 il ərzində ilk dəfə Liqa 3-ə enməyə yaxındır. Bu səbəbdən Fransa klubunun azarkeşləri hər ev matçında Mbappeyə qarşı pankartlar hazırlayırlar. 

Qeyd edək ki, "Kan" bu mövsüm 23 matça çıxaraq 4 qələbə qazanıb, 3 dəfə heç-heçə edib və 16 məğlubiyyətlə üzləşib. 

 





18.02.2025    çap et  çap et