525.Az

Ən böyük kərpic kolleksiyası


 

Ən böyük kərpic kolleksiyası<b style="color:red"></b>

Bu qeyri-adi kolleksiya ABŞ vətəndaşı Klem Reynkemayerə məxsusdur.

525.az xarici KİV-ə istinadən xəbər verir, Oklahoma ştatının Talsa şəhər sakininin kolleksiyasında biri digərinə bənzəməyən 8882 kərpic var.

87 yaşlı Klem Reynkemayer 40 ildir ki, kərpicləri kolleksiya etməklə məşğuldur. Onun "arsenal"ında e.ə. 100-cü ildə Roma imperiyası dövründə hazırlanmış nadir nümunə də var. Demək olar ki, hər əsrə aid kərpici olan kolleksiyaçının kərpiclərinin əksəriyyəti 1870-1910-cu illərdə istehsal olunub. 

Qeyd edək ki, Klem Reynkemayer dünyada ən böyük kərpic kolleksiyası ilə Ginnesin rekordlar kitabına düşüb.

L.Tağıyeva

 





18.02.2025    çap et  çap et