525.Az

Yeni çağırışlar: Azərbaycandan dünyaya


 

Yeni çağırışlar: Azərbaycandan dünyaya <b style="color:red"></b>

XXI əsrin gətirdiyi qloballaşma, multikulturalizm, tolerantlıq, terrorizm sair kimi dünyanı əhatə edən proseslər dövlətləri xalqları yenidən düşünməyə, fərqli baxışdan yanaşmağa çağırır. Bütün bunlar isə ölkəni, xalqı dünya ilə birlikdə görmək göstərməklə yanaşı, həm ölkə maraqlarını, milli-mənəvi dəyərləri qoruyub saxlamağı daha da möhkəmləndirməyi tələb edir. Elmi-siyasi ədəbiyyatlarda uzun illər ərzində bu məsələlərdə ya birtərəfli mövqe, yaxud da seyrçi ümumiləşdirici baxışların ifadə olunması ilə kifayətlənilib. Yaxşı cəhətdir ki, son dövrdə problemə kompleks yanaşmaları əks etdirən ölkə maraqlarını önə çıxaran araşdırmalar meydana çıxmaqdadır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası xarici əlaqələr şöbəsinin sektor müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylinin növbətiYeni çağırışların işığındaadlı kitabında dünyada baş verən  siyasi proseslərin Azərbaycanın milli maraqları müstəvisindən təhlili, verilən şərhlərin elmi-nəzəri cəhətdən dolğunluğu aktuallığı ilə diqqəti cəlb edir. Kitabda həmçinin Azərbaycan Respublikasının beynəlxalq arenadakı uğurları, inkişafın Azərbaycan modelinin təqdirəlayiqliyi Azərbaycanın Avropaya inteqrasiyası proseslərinə geniş yer verilib. Müəllif verdiyi izahlar, apardığı təhlillər, gətirdiyi faktlarla, eləcə beynəlxalq münasibətlərin müasir səviyyəsinin yaratdığı problemlərə elmi tarixi yanaşma metodu ilə oxucu marağını qarşılamağı düzgün istiqamətləndirməyi bacarıb. Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutması, dünyanın qabaqcıl ölkələrinin belə həsəd apardıqları sosial-iqtisadi inkişaf sürəti əldə etməsi, dünyaya yalnız Azərbaycana xas olan inkişaf modeli təqdim etməsi ümummilli lider Heydər Əliyev siyasətinin bu siyasətin İlham Əliyev tərəfindən uğurla yaradıcılıqla davam etdirilməsinin nəticəsi olması kitabın əsas süjet xəttini təşkil edir. Azərbaycan əsası ümummilli lider Heydər Əliyev tərəfindən yenilməz milli ideologiya özünün potensial imkanlarına söykənərək yüksək sürətlə inkişaf edir beynəlxalq arenada öz milli maraqlarını ifadə edən xarici siyasət yürüdür. Azərbaycanın bütün sahələrdə qazandığı nailiyyətlərin işıqlandırılması fonunda bu xalqın  həm yüksək mənəvi dəyərlərə sahib olması, digər xalqlara münasibətdə yüksək tolerantlıq nümayiş etdirməsinə diqqət çəkilir.

Kitabda müasir beynəlxalq münasibətlərdə Qərbə məxsus dəyər olaraq təqdim olunan  multikulturalizmin tarixi səciyyə daşıdığı Şərqdə əsrlər boyunca əsas dəyərlərdən biri olması fikri əsaslandırılır. Hazırkı şəraitdə multikulturalizm Qərbdə öz böhran dövrünü yaşadığı halda Şərqdə, xüsusilə Azərbaycanda min illərdir yanaşı yaşayan müxtəlif sivilizasiya təmsilçilərinin münasibətlərində heç bir gərginlik müşahidə olunmur. Halbuki Qərbdə, xüsusilə Avropa ölkələrində məskunlaşan digər xalqların, eləcə müsəlmanların öz mənəvi dəyərlərini həyat tərzlərini qoruyub saxlamalarına qarşı dözümsüzlük nümayiş etdirilir. Qərb ölkələrində müsəlmanlara qarşı  dözümsüzlüyün dövrümüzdə meydana gələn bir hadisə olmadığı bunun tarixi köklərlə bağlı olması faktlarla sübut olunur. İspaniyada Kardova  xilafəti dağılanda, Osmanlı imperiyası zəifləyəndə tarixi şəraitin yaratdığı bu kimi dönəmlərdə Avropada müsəlmanlar təqib edilib, yer-yurdlarından  didərgin salınıb kütləvi şəkildə qadınlı-uşaqlı qətlə yetirilib.

Hazırda Türkiyədən, Şimali Afrikadan, Yaxın Orta Şərqin keçmiş müstəmləkə ölkələrindən Avropaya gələn müsəlmanlara qarşı dözümsüzlük göstərilir. Avropa müsəlmanlarının öz dinlərinə sadiq qalmaları, islamın bir din olaraq get-gedə populyarlaşması, müsəlman əhalinin demoqrafik artımı Qərb ölkələrində narahatçılıq doğurur. Bu baxımdan islama qarşı mübarizə olaraq onu bir fobiya kimi təqdim etməyə çalışırlar. Bütün bunların sübutu olaraq  gətirilən  faktlar, arqumentlər təhlillər Ərəstü HəbibbəylininYeni çağırışların işığındakitabının məntiqi dəyərini daha da artırır. Müəllif Vatikan ədalət sülh icmasının sədri kardinal Pyotr TurksonunSinodoruhani məclisində İslamı Avropanın gələcəyinə bir təhlükə olaraq görməsini onun aşağıdakı sözləri ilə diqqətə çatdırır: “2026- ildə Avropa müsəlmanlar qarşısında azlıqda qalacaq. Fransa isə 39 ildən sonra islam dövləti olacaq. Haqlı olaraq göstərilir ki, İslam Qərb mədəniyyətlərinin yanaşı yaşaya bilməsini inkar edən fikirlər səsləndirilir. Xatırladılır ki, Hollandiya ilahiyyatçısı Qret VildersMultikulturalizmin yenilənməsi, yaxud islam hücumunun qarşısını necə almalıadlı məqaləsində islamı təhlükəli ideologiya adlandıraraq bildirir ki, İslam bizim Qərb həyat tərzimizə uyğun deyildir. Doğru olaraq qeyd edilir ki, Qərbin multikultural dəyərləri dini tolerantlığı daha çox öz dini dəyərlərinin digərlərinə qəbul etdirilməsi üzərində qurulub. Bu isə o deməkdir ki, Avropa dövlətləri fərqli mədəniyyət daşıyıcıları olan millətlərə münasibətləri heç multikultural münasibət deyil, əksinə, onları Qərb cəmiyyətinə assimilyasiya etməkdir. Qərbin dırnaqarası multikultural strategiyası da məhz Qərb həyat tərzinin dominantlığını qlobal miqyasda yaymaq taktikası ilə mədəniyyətlərin qarşıdurmasına son qoymağa nail olmaqdır. Göründüyü kimi, bu strategiya məsələyə multikultural yanaşma deyil, məsələni birtərəfli olaraq Qərbin xeyrinə həll etmək deməkdir.

Multikulturalizm sözü Qərbdə yaransa da, ümumiyyətlə multikuturalizmə bir Qərb dəyəri kimi baxılması ilə razılaşmayan Ərəstü Həbibbəyli hər bir bölgənin ayrılıqda hər bir ölkənin özünəməxsus multikultural dəyərlərinin olması fikrini irəli sürür. Kitabda ayrı-ayrı Şərq xalqlarının min illərdir fərqli  sivilizasiyalara mənsub xalqlarla yanaşı yaşayaraq qarşılıqlı təsir hesabına zəngin mədəni mühit formalaşdırması bəşəriyyətin təbii inkişaf yolunu şərtləndirən nəticə kimi ortaya qoyulur. Bu fikrin təsdiqi olaraq Şərqlə Qərbin, Şimalla Cənubun, xristianlıqla islamın, müxtəlif sivilizasiya mədəniyyətlərin qovşağında yerləşən Azərbaycandamultikulturalizmin tarixi köklərə malik bir dəyər kimi daimi mövcudluğu nümunə olaraq əsaslandırılır. Bu fikirlərin danılmaz həqiqət olması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışında söylədiyi aşağıdakı sözlərə istinad olunmaqla nəzərə çarpdırılır: “Multikulturalizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır. Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar”.

Bütün bunlar nəzərə alınaraq kitabda qeyd olunur ki, Qərbsayağı multikulturalizm dünyada universal model kimi qəbul olunmamalı, multikulturalizmi həyat tərzi seçən, ən başlıcası, onu yaşatmağı bacaran digər mədəniyyət daşıyıcılarının fərqli dəyərləri nəzərə alınmalıdır. Qərbin multikultural dəyərləri ilə yanaşı Şərq dəyərlərinin, xüsusilə Azərbaycanda yaranan müstəqillik dövründə daha geniş imkanlar əldə edən multikultural dəyərləri alternativ bir model olaraq təqdim etmək olar. Buna görə Ərəstü HəbibbəylininYeni çağırışların işığındakitabındaİnkişafın Azərbaycan modeli”,“Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli”, “Multikulturalizmin Azərbaycan modelikimi dəyərlər dövrün alternativ modelləri, formaları kimi qiymətləndirilib.

Kitabda dövrün siyasi həyatınınən aktual problemlərinə toxunulub, onların əsas siyasi məqsədlərinin arxasında dayanan gerçəkliklərə aydınlıq gətirilib. Xüsusilə Şərq dünyasına qarşı yönəlmiş – “Böyük Orta Şərq layihəsi”, “Dünya media monopoliyası”, “Yeni geoiqtisadi təsir aləti kimixarici yardımlar”, “Xarici serialların təsir imkanları”, “Soros fondununxeyriyyəçilikmissiyasıkimiböyük siyasi kampaniyaların məqsəd mahiyyətləri müasir geosiyasət səviyyəsində geniş təhlil olunub oxucuda aydın təsəvvür yaradılıb. Kitabdakıİslamafobiya kimə nəyə xidmət edir”, “Hərbi bazalarxarici siyasətin əsas aləti kimi”,  Su diplomatiyası”, “Məbəd diplomatiyasıkimi başlıqlar altında müasir dünyamızın yeni geosiyasi çağırışlarının əsl mahiyyəti açılır kölgəli, yaxud da işıqlı məqsədləri göstərilir. Qərbin Şərq üzərində öz  dominantlığını saxlaması üçün bütün imkanlardan, eləcə Qərb mənəviyyatının cəlbedici imkanlarından da istifadə edildiyi nəzərə çatdırılır.

Müəllif dövrümüzdə dünyanı idarə etməyə təşəbbüs siyasətinə kitabda geniş yer vermişdir. Qərbin ən zəngin ailələrinin, xüsusilə neft maqnatları olan Rokfellerlər ailəsinin siyasi proseslərdə pərdəarxası iştiraklarına,siyasi proseslərə təsir vasitələrinə, rokfellerlərin beynəlxalq siyasətdə tutduqları mövqeyə ABŞ-ın xarici siyasətinə təsir imkanlarına diqqət çəkilir. Qeyd olunur ki, Rokfellerlərin maliyyə yardımı göstərdikləri sahələr arasında təhsil sektoru beyin mərkəzləri xüsusi yer tutur. Buna misal olaraqBilderberq klubunun adı çəkilir. Dəyişən tarixi şəraitlərə uyğun qeyri-daimi üzvləri olan klubun zaman-zaman Marqaret Tetçer, Toni Bleyer, Bill Klinton, Anqela Merkel, Romano Prodi, Henri Kisincer s. kimi  görkəmli şəxsiyyətlərdən ibarət üzvləri olub. Dünya idarəetmə sisteminin mərkəzi sayılan bu klub ABŞ Qərbi Avropanın Atlantizm ideyalarına xidmət edir. Müəllif dünya siyasətinin pərdəarxası aktyorlarının biznes onunla bağlı maraqları ilə yanaşı onların dünya idarəetmə təsəvvürlərini, eləcə təsir dairələrinin genişliyini nəzərə çatdırır.

Yeni çağırışların işığındakitabında müasir dünyamızda sivilizasiyaların tutduqları yerə beynəlxalq münasibətlərdə sivilizasiyaların roluna nəzər salan Ərəstü Həbibbəyli geniş faktik materiallara, aksiomatik fikirlərə ideyalara istinad edərək məsələnin mahiyyətinə elmi cəhətdən yanaşıb. O, sivilizasiyaları xarakterizə edərək Türk dünyası sivilizasiyasını yarandığından bəri davamlılığını sürdürən, dayanıqlılıq möhkəmliyini saxlayan mükəmməl bir sivilizasiya sayıb. Haqlı olaraq əsərdəçöllandşaftı Türk sivilizasiyasını səciyyələndirən amil kimi qiymətləndirilir. Ümumiyyətlə, Ərəstü Həbibbəyli Azərbaycan sivilizasiyaşünaslığını yeni yanaşmalarla, fərqli baxışlarla zənginləşdirir.

Beynəlxalq münasibətlərdə sivilizasiyaların oynadığı rolun təhlili zəminində yüksək sivilizasiya yaradıcısı olan xalqların fərqli sivilizasiyalara hörmətlə yanaşdığı göstərilməklə bərabər, türk dünyası sivilizasiyasının öz fenomenliyi ilə fərqləndiyi ön plana çəkilib sivilizasiyalar bəşəriyyəti ayırmaqdan çox, birləşdirən bir dəyər olaraq əsaslandırılıb. Müəllifin gəldiyi qənaət əsasən bundan ibarət olmuşdur ki, bəşəriyyətin gələcəyi fərqli sivilizasiyaların toqquşması ilə deyil, onların yanaşı mövcudluğunu şərtləndirən əməkdaşlığa söykənən multikultural inkişaf yolunun müəyyənləşməsi ilə bağlıdır. Hər bir xalq, hər bir sivilizasiya öz dayanıqlılığının möhkəmliyinə, gələcəyinin təminatına səy göstərdiyi üçün sivilizasiyaların dialoqu sivilizasiyaların toqquşmasının qarşısını alacaq fərqli sivilizasiyaların yanaşı yaşayacağı dünyamızın gələcəyini təmin edəcəkdir. Bu arada Türk xalqlarının yaratdığı sivilizasiya digər öncül sivilizasiyalarla qarşılıqlı harmoniya, əlaqə münasibətlər zəminində elmi cəhətdən təhlil olunur. Müəllif faktik elmi materiallara istinadən  Türk sivilizasiyası ilə qarşılaşdırdığı Slavyan, Xristian-Qərb, Çin İslam-Şərqsivilizasiyaları arasında mükəmməl elmi-nəzəri dəyərləndirmələr aparıb, əhəmiyyətli nəticələrə gəlib. Kitabda sivilizasiyalarda mövcud olan bəşəri dəyərlər bu sivilizasiyaların dialoqunun mümkünlüyünün zərurəti kimi  şərtləndirilməklə bərabər, sivilizasiyaların yanaşı mövcudluğundakı harmoniya, qarşılıqlı əlaqə münasibətlər, bir-birlərinininkişafına təsirləri ön plana  çəkilib. Bu istiqamətdə aparılan elmi dəyərləndirmələrlə müəllif sivilizasiyaların dialoqunun mümkünlüyünü, hətta zəruriliyini əsaslandırmış olur. Bütün bunlar isə sivilizasiyaşünaslıqda yeni olmaqla bərabər, həm bəşəriyyətin gələcəyinə optimist baxışların formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

Təqdim olunan kitabda erməni məsələsinə toxunulub, bu məsələnin mahiyyətinə, dünya siyasətində tutduğu yerə aydınlıq gətirilib, həmin problemə yanaşmada dünyanın aparıcı dövlətlərinin ikili standartlar sərgilədiklərinə diqqət çəkilib. Erməni məsələsinə böyük dövlətlərin ikili yanaşmalarının doğurduğu ədalət böhranının müasir dünyamızda qədər acılı problemlərə səbəb olması danılmaz faktlarla əsaslandırılıb. Ermənilərin tarix boyunca hər zaman xəyanətkar rol oynadıqlarına, öz hamilərindən yardım almaq üçün onların maraqlarına xidmət etdiklərinə, yaşadıqları müsəlman ölkələrində müsəlmanları hər zaman əzablara düçar etmələrinə dair nəzərə çarpdırılan sübutlar geniş təhlil üçün meydan açıb. Hələ səlib yürüşləri zamanı ermənilərin bir qismi səlibçilər tərəfində vuruşub, müsəlman içərisində yaşayan digər qism ermənilər isə səlibçiləri müsəlman qala  şəhərlərinə hücumu vaxtı öz xəyanətkar əməlləri ilə bir çox qalaların təslim olmasına səbəb olublar. Ermənilər bu xəyanətkar hərəkətlərini indi davam etdirirlər. Kitabda göstərildiyi kimi, ermənilər tarixin köklü sistem dəyişikliyi dönəmlərində, yaşadıqları ölkədə bir icma olaraq mübarizənin hər iki tərəfində iştirak etməklə, özlərini siyasi proseslərə inteqrasiya edir qələbə çalan tərəfindən erməni icmasının cəmiyyətdəki maraqlarının nəzərə alınmasına nail olurlar. Müəllif ərəb oyanışı zamanı Misirdə, Livanda, Suriyada ermənilərin ikili siyasət yeritmələrinə dair tutarlı faktlar gətirməklə, onların kimə xidmət etmələrindən asılı olmayaraq öz maraqları naminə hər kəsi satmağa hər cür xəyanətə əl atmağa qadir olduqlarını göstərir.

Ərəstü HəbibbəylininYeni çağırışların işığındakitabı dünyada gedən proseslərin mahiyyətini  açan məsələyə Azərbaycan reallıqları baxımından qiymət verən elmi mənbə kimi mühüm əhəmiyyətə malikdir. Bu kitab bütün sahələrdə olduğu kimi, beynəlxalq münasibətlər, geosiyasət istiqamətində Azərbaycan Respublikasının böyük uğurlarını dolğun şəkildə əks etdirir həmin istiqamətdə gedən proseslərə təkan verir.

Yusif HÜSEYNOV
Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər kafedrasının müdiri, fəlsəfə doktoru, dosent

 





01.12.2014    çap et  çap et