525.Az

KİV: Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısına 48 fiziki və 35 hüquqi şəxs daxil ediləcək


 

KİV: Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısına 48 fiziki və 35 hüquqi şəxs daxil ediləcək<b style="color:red"></b>

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 16-cı sanksiyalar siyahısına 48 fiziki və 35 hüquqi şəxs daxil ediləcək.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi avropalı diplomatlara istinadən məlumat yayıb.

Bildirilib ki, hüquqi şəxslərə qarşı sanksiyalar onların Aİ-dəki aktivlərinin dondurulmasını, fiziki şəxslərin isə ittifaq ölkələrinə girişinin qadağan edilməsini nəzərdə tutur.

Qeyd edək ki, bu gün Aİ üzvü olan 27 ölkənin səfirləri Rusiyaya qarşı 16-cı sanksiya paketini təsdiqləyiblər.

 





19.02.2025    çap et  çap et