525.Az

Cavad Zeynalın şeirləri


 

Cavad Zeynalın <b style="color:red">şeirləri</b>

Gəlin halallaşaq

Yazar yaşıdlarıma

Gəlin halallaşaq bir-birimizlə,
Dünyanın işini bilmək olmur ki.
Hesab var, kitab var hər birimizlə,
Quş da yuvasından uçur, qalmır ki.

Gəlmişik getməyə, niyəsi yoxdu,
O yaşda, bu yaşda, bunu kim bilir?
Gələn ki, gəlir ha, yiyəsi yoxdu,
O gözdə, bu qaşda, bunu kim bilir?

Ayağı daş qırır daşda gəzərin,
Vaqiflər, Zakirlər nəsilləriyik.
Bir millət adlanan böyük əsərin
Hərəmiz ayrıca fəsilləriyik.

Mən sizə gəlməyim, sən bizə gəlmə,
Bu, özü-özündən qayıb deyilmi?
Bir ömür uzadır bəzən bir kəlmə,
Xəbərsiz ölümlər ayıb deyilmi?

Dünyada söz qalırmənim, sənindi,
Ürəkdə özgə hiss bəsləyək ki?
Nizami, Füzuli oxunmur indi,
Cibini güdəndən gözləyək ki?

Fikir yolçusuyuq, daşıyasıyıq,
Qanadlı sözlərdən söz alır ümid.
Onsuz da bir nəsil yaşayasıyıq,
Bir nəsil keçdimisozalır ümid.

Quş da yuvasından uçur, qalmır ki,
Sorğular olacaq hər birimizlə.
Dünyanın işini bilmək olmur ki,
Gəlin halallaşaq bir-birimizlə.

Uzaqdan boylandım dağlarımıza

Uzaqdan boylandım dağlarımıza,
Ürəyim uçundu, səsim titrədi.
Göz yaşım gözümdə döndü ulduza,
Özüm yalan oldum, hissim titrədi.

Hər biri kimsəsiz qocalar kimi...
Elə bil bir azca yapıxmışdılar.
Qayalar dumanda bacalar kimi...
Elə bil bir göz qıpıxmışdılar.

Tamam dəyişmişdi görü-görkəmi,
Solmuşdu mən görən al yamacları.
Həsrətdən göynəyən dodağım kimi,
Duman yalayırdı yal-yamacları.

Çör-çöpə dönmüşdü döşdə gülləri,
Sarala qalanlar sozalırdılar.
Əsən küləkləri, ötən yelləri
Qayalar saxlayıb söz alırdılar.

Nisgildi, göynəkdi bu seyrə dalmaq,
Gör məni qoynuna çağırdı necə.
Əsir dağlarına boylanıb qalmaq
Dağların özütək ağırdı necə.

Şimşəyə dönmüşəm, yerdə çaxıram,
Halımı anlayan aşina gəlsin.
Mən ki dağlarıma belə baxıram
Görüm düşmənimin başına gəlsin.

Elə oxşayıram...

Elə oxşayıram millətimə mən,
Elə bil burnundan düşüb gəlmişəm.
Heyranam səbrimə, taqətimə mən
Yüz ildi, min ildi bişib gəlmişəm.

Dözümü dözümüm, sözü sözümdü,
Birdir diləyimiz, birdir qəlbimiz.
Tükü tükdən seçən gözü gözümdü,
Örtülü sandıqdı, sirdi qəlbimiz.

Minnət götürmürəm, söz götürmürəm,
Vaxt olur küsürəm, dalğınlaşıram.
Gül kimi zərifəm, göz götürmürəm,
Bir köntöy kəlmədən çılğınlaşıram.

Üzlərə deyirəm kəskin sözümü,
Yanana su verib içirməyim var.
Elə unuduram bəzən özümü,
Qonağı yuxarı keçirməyim var.

Ürəyim süfrədiaçıq təmiz,
Bozaran sifətim tərs olmayır heç.
Başıma gələni unuduram tez,
Başıma gələnlər dərs olmayır heç.

Təpədən dırnağa təpərəm, heyəm,
Kim dözər çəkdiyim bir zillətimə?

Ürəyi ovcunda ana kimiyəm,
Elə oxşayıram öz millətimə...

Çətin gələrəm

Lahıclı dostum Valehə

Daha bu dağlara çətin gələrəm,
Bu həsrət içimdən üşüdər məni.
Axşamlar atımı yəhərləyərəm,
Səhərlər qocalıq düşürdər məni.

Uzaqlıq birləşər qocalığımla,
oğul qımzanar, mən dinərəm.
Qəlbimdə min həsrət, gözümdə damla,
Dönərəm şimşəyə, çaxıb sönərəm.

Həvəsim obaşdan durquzar məni,
Həyətdə-bacada gəzərəm elə.
Yollarda qalmağım qorxuzar məni,
Hirsimdən otları əzərəm elə.

Mürgülü ayağım sözümə baxmaz,
Açılan səhərim gün olar gedər.
Soyuyan qəzəbim çaxmaz ki, çaxmaz,
Gün doğan üfüqüm qaralar gedər.

Bürüyər ahımtək çən bu dağları,
Dumanı ruhuma bəlgə bilmərəm.
Qoy yığım gözümə mən bu dağları,
Aparım özümlə, birdən... gəlmərəm.

Gətirin

Dağlara gəlmişəm, qonağam yenə,
Elə sınıxmışamsınığam yenə.
Dərman çiçəklərə sığınnam yenə,
Dərmanım hansıdı, baxın gətirin.

Zirvələr buludla sarğılanırlar,
Şeh düşür, çiçəklər sırğalanırlar.
Yel vurur, nazlanıb yırğalanırlar,
O nazlı güllərdən yığın gətirin.

Çağırın aşığı çalsın-çağırsın,
Dağlara səs-səda salsın çağırsın.
Elə bu dağlarda qalsın çağırsın,
Damağa dünyanın çağın gətirin.

Yamacda otlayan o maraldımı?
Danışdım, səsimdən hənir aldımı?
Xalları qəlbimə düşən xaldımı?
Duz qoyun, gələndə sağın gətirin.

Gör necə sığınıb oymaq-oymağa,
var ki, oymaqda dəyə saymağa.
Səhərlər yaz balı qatın qaymağa,
Qaymağı yuxaya yaxın gətirin.

Könlünü dağlara salıbdı Cavad,
Dağlardan şah vüqar alıbdı Cavad.
Desələr, dağlarsız qalıbdı Cavad,
Dönün ildırıma, çaxın gətirin.

Böyürtkən

Hər tikanı bir qarmaq,
Hər qarmağı bir cırmaq.
böyüyü böyüktək,
uşağı sayır.
Sahibsiz arvad kimi
Yapışdıburaxmayır.

Tanrı
sınağı

Tanrı
sınağıdı dövlət , var da,
Tanrı sınağıdı qəm , kədər .
Çaşmalar, azmalar dövlətdə, varda,
Ən gizli mənalar bəzən hədərdə.

Ömür sınaqdı, gün sınaqdı,
Verilən imkan da, gündəliyin .
Günahın hasili yalnız qınaqdı,
Deməli, “ikin var gündəliyində.

Atalar sözüdü: iman, din yarı,
Yazılan yazılar varaq üstədi.
İnsanlıq insanın möhrü, əyarı,
Qanunlar, qaydalar maraq üstədi.

Quran da qanundu, yasa da qanun,
Yüz yasa cəmindən bir ayə çıxmır.
Yasalar həm onun, həm ki bunun:
Vurursan, bölürsən bir qayə çıxmır.

Dəyərdi, qiymətdi hər bir hərəkət,
Hərəkət niyyətdən sonra başlanır.
Kiməsə nemətdi, kiməsə şöhrət,
Mərəkə qiymətdən sonra başlanır.

Kimsə günahını üzə danmasın,
Onsuz da hər şeyi bilən, görən var.
Bir kimsə dünyanı xali sanmasın,
Aşkara cəzanı gizli verən var.

Nələrdən qaçırıq, usanırıq biz,
Hər şeyi eləyən öz əlimizdi.
Günah da, savab da qazanırıq biz,
Günah da, savab da özəlimizdi.

Günahı olanın yanıltmağı var,
Günaha batanlar güman yandırır.
Günahın geriyə qayıtmağı var,
Qayıdan günahlar yaman yandırır.

Bəhrəsiz əməllər qınaqdı ancaq,
Aşkarda gizlini daşıyırıq biz.
Bu ömür Tanrıdan sınaqdı ancaq,
Tanrı sınağında yaşayırıq biz.

Quma yazmışam

Adını
, sevgini quma yazmışam,
Adından, sevgindən qalmayıb heç .
Külək əllərimlə elə pozmuşam,
Elə bil əzəldən olmayıb heç .

Elə bil ömrümə gəlməmisən heç,
Elə bil günümdə yaşamamısan.
Mənimlə bir deyib-gülməmisən heç,
Qəlbində sevgimi daşımamısan.

Necə bilməmişəm kimliyini mən,
Necə aldanmışam, yazıqlar mənə.
İçimin, çölümün təmizliyindən
Hecə aldanmışam, yazıqlar mənə.

Zərrəcə əsər yox dəyanətindən,
Xatırla nəfsinə qul olduğunu.
Andına, eşqinə xəyanətindən
Ayaqlar altında çul olduğunu.

Çağlayan, köpürən selə dönərdim,
Elə soyuyubdu qəzəbim indi.
Haraylar qoparan yelə dönərdim,
Elə sakitləşib əsəbim indi.

İnanma bir kimsə sənə inansın,
Harayın, həşirin saxlasın məni.
Bacı istəyirəm halıma yansın,
Ana istəyirəm ağlasın məni.

Hiylələr qoynunda gələn məhəbbət
Beləcə qumlara yazılmalıydı.
Qumlara yazılan, ölən məhəbbət
Küləklər əlində pozulmalıydı.

dünya

Bu yol məni bir geri gətirməz,
Aparandı, qaytarmağı yox ki, yox.
Səni mənə, məni sənə yetirməz,
Bəlaları, müşkülləri çox ki, çox.

Hər ağaran zirvələrdə qar olmur,
Hər açılan bəhər olmur, bar olmur.
Yar deyilən hər gözəldən yar olmur,
Dön sulara ha dalımca ax ki, ax.

Gedən kəslər geri dönməzbilirsən,
Bulud gələr, Günəş sönməzbilirsən.
Bir ruham, göydən enməzbilirsən,
Bundan belə ulduzlara bax ki, bax.

Nəmlər çəkdim, nəmliyimi bilmədin,
Qəmlər çəkdim, qəmliyimi bilmədin.
Bir dam altda kimliyimi bilmədin,
Dön şimşəyə öz-özünə çax ki, çax.

Qəm yeriyər, çarəsizə dağ gələr,
Görməmişə adi kol da bağ gələr.
Haqq dananın gözlərinə gələr,
Baxarsan ki, dünya elə ki, .  

 





01.12.2014    çap et  çap et