|
|
|
|
Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Tarek Mohammad Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbələri ilə görüşüb.
525.az xəbər verir ki, Mərkəzlə Bakı Dövlət Universiteti arasındakı qarşılıqlı razılaşmaya əsasən tələbələr burada 3 ay müddətinə təcrübə keçəcəklər.
Tarek Mohammad tələbələrə təcrübə müddəti ərzində uğurlar arzu edib. Daha sonra tələbələrə Ərəb dilində mühazirə deyən Mərkəzin müdiri onların təcrübə rəhbəri olan universitetin dosenti Gülnur Mahmuda Misir Ali Təhsil Nazirliyinin medalını təqdim edib.
Pərvanə Sultanova