525.Az

Azərbaycan musiqisinin tarixi, milli mədəni irsdə yeri və rolu


 

MUSİQİ MƏDƏNİYYƏTİ DÖVLƏT MUZEYİNƏ EKSKURSİYADAN ALINAN BİLGİLƏR VƏ TƏƏSSÜRATLAR

Azərbaycan musiqisinin tarixi, milli mədəni irsdə yeri və rolu<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Azərbaycan
mədəniyyətinin çoxəsrlik, qədim mədəniyyətlər sırasında müstəsna yeri var. Burada mühüm yerlərdən birini isə, zəngin orijinal musiqi sənəti tutur. Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri özünəməxsus ənənələrin çoxəsrlik tarixi formalaşma prosesinin inkişafının nəticəsidir. Musiqimizin tarixi çox qədimlərə gedib çıxır.  Qədim zamanlardan Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) başlayaraq Azərbaycanda melodiya ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər, çobanların tütəkdə çaldığı havalar musiqi tariximizin qədimliyinə sübutdur. Azərbaycanda musiqi yaradıcılığı nəsildən-nəslə ötürülərək təkmilləşib, əhatə dairəsi genişlənib, yeni-yeni janrlar mənimsənilərək zənginləşib.

Ölkəmizdə musiqi tariximiz ilə bağlı materialların toplanması, saxlanması, araşdırılması təbliğı ilə məşğul olan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi fəaliyyət göstərir.  Muzey 1967-ci ildə yaranıb. İlk illərdə muzey İçərişəhərdə Karvansarayda kiçik otaqlarda fəaliyyət göstərib. 1996- ildən R.Behbudov 7 ünvanına köçürülüb.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filiallarından ən böyük ekspozisiya sahəsinə eksponatların sayına malik olanı böyük musiqiçi, dirijor bəstəkar Niyazinin mənzil muzeyidir. Muzeyin təşkili haqqında əmr Mədəniyyət Nazirliyi tərəfindən 1990- ilin dekabrın 28- verilib. Geniş tamaşaçı kütləsi üçün muzey 1994- il sentyabrın 18- qapılarını açıb. Hal-hazırda muzeyin mudiri Rza Bayramovdur.

Maestro Niyazi (20.08.1912- 02. 08.1984) bu mənzildə (Bülbül pr. 21, mən. 24) 1958-ci ildən ömrünün sonunadək yaşayıbyaradıb. Mənzil muzeyi 5 otaqdan ibarətdir: bunlardan 3-ü (yemək, yataq otağı) memorial otaqlardır. Onlar Maestronun dövründə olduğu kimi qorunub saxlanılır. Digər 2 otaqekspozisiya artistik qonaq otağı məqsədilə istifadə olunur. Ekspozisiya otağında Niyazinin uşaqlığından başlayaraq həyatının son illərinədək həyat yaradıcılığını əks etdirən fotoşəkillər, not əlyazmaları, afişalar, proqramlar s. eksponatlar nümayiş etdirilir. Qonaq otağında Niyazinin ictimai fəaliyyətini əks etdirən foto-şəkillər, müxtəlif illərdə Maestroya bağışlanan muzey tərəfindən əldə olunan rəngkarlıq əsərləri nümayiş etdirilirNiyazi muzeyində hal-hazırda: 120 ədəd Niyazinin not əlyazmaları; 2746 ədəd foto-şəkillər; 486 ədəd Niyazinin şəxsi kitabxanasında olan kitab notlar; 279 ədəd qramvallar; 5 ədəd digər bəstəkarların əlyazmaları kimi dəyərli eksponatlar saxlanmaqdadırBunlardan 1500-ə yaxın material Niyazinin mənzil muzeyində nümayiş olunurBu mənzildə mütəmadi olaraq Niyazinin həyat yaradıcılığına həsr olunan tədbirlər-xatirə gecələri, konfranslar konsertlər təşkil olunur. Bundan əlavə respublikamızın musiqi həyatında baş verən əlamətdar hadisələrə həsr olunan müxtəlif tədbirlər burada keçirilir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Niyaziyə aid 6200-dən artıq materiallar saxlanılır

Vaqif Mustafazadənin mənzil muzeyi. 28 iyul 1989-cu ildə Vaqif Mustafazadənin xatirə muzeyi yaradılıb. 1994- ildə muzey Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı statusunu alıb. 1989-1997-ci illər ərzində V. Mustafazadə muzeyinin müdiri onun anası Zivər Ağasəf qızı Əliyeva olub. Muzeydə 1214 eksponat qorunub saxlanılır. Bunlar V. Mustafazadəyə aid fotoşəkillər, afişalar, qramvallar, müxtəlif sənədlər, rəsm əsərləri, məişət əşyaları s. Mənzil muzeyi 3 otaqdan ibarətdir. Ekspozisiyada V.Mustafazadənin həyat yaradıcılığına aid fotoşəkillər, müxtəlif sənədlər, şəxsi əşyalar s. təqdim olunur. Hal-hazırda muzeyin müdiri V. Mustafazadənin dayısı qızı Afaq Əliyevadır. Afaq Əliyeva eyni zamanda V. Mustafazadə adına mədəniyyət-xeyriyyə fondunun təşkilatçısı rəhbəridir.

Ümummilli lider Heydər Əliyevin qərarı ilə Mədəniyyət Turizm Nazirliyinin sərəncamına əsasən, muzeyin nəzdində 1996- ildən Qədim Musiqi Alətləri Ansamblı da fəaliyyət göstərir. Ansamblda 15 nəfər musiqiçi fəaliyyət göstərir. Ansamblın yaradıcısı mərhum sənətkar, Xalq artisti Məcnun Kərimov olub. Qeyd etmək lazımdır ki, Qədim Musiqi Alətləri Ansamblı həm respublikada həm xarici ölkələrdə Azərbaycan musiqisini yüksək səviyyədə təmsil edir. 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları bir çox beynəlxalq tədbirlərdə, seminarlarda ölkəmizi layiqincə təmsil ediblər. 2010-cu il  aprelin 7- Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəsi Leyla xanım Əliyeva Rusiya Federasiyasındakı Azərbaycan səfirliyinin iştirakı ilə M.İ. Qlinka adına Dövlət Musiqi Mədəniyyəti Mərkəzi MuzeyindəYUNESKO inciləri Moskvada: “Azərbaycan muğamıadlı tədbir keçirilib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi M.İ. Qlinka adına Dövlət Musiqi Mədəniyyəti Mərkəzi Muzeyi arasında birgə əməkdaşlıq haqqında müqavilə bağlanılıb. Müqaviləni Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən muzeyin direktoru Alla Bayramova M.İ. Qlinka adına Dövlət Musiqi Mədəniyyəti Mərkəzi Muzeyinin direktoru Mixail Arkadyeviç Brızqalov imzalayıblar. 2011-ci ildə M.İ.Qlinka adına Dövlət Musiqi Mədəniyyəti Mərkəzi Muzeyinin təşəbbüsü ilə Musiqi Muzeyləri Kolleksiyaları Beynəlxalq Assosiasiyası yaradılıb. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, M. İ. Qlinka adına Musiqi Mədəniyyəti Mərkəzi Dövlət Muzeyi Sankt-Peterburq Dövlət Teatr Musiqi Muzeyi arasında birgə mədəni əməkdaşlıq haqqında müqavilə bağlanılıb. Hər üç muzey Musiqi Muzeyləri Kolleksiyaları Beynəlxalq Assosiasiyasına təsisçi qismində daxil olublar.

2013- il 9-19 mart tarixlərində Bakı şəhərindəMuğam AləmiIII Beynəlxalq Muğam Festivalı keçirilibIII BeynəlxalqMuğam Aləmielmi simpoziumunun 14 mart 2013- il tarixli işində muzeyin direktoru Alla BayramovaMilli musiqi alətləri: mətn ikonoqrafiyanın düzgün oxunuşu haqqındamövzusunda, muzeyin Qədim Musiqi Alətləri Anasamblının artist-ifaçısı Təranə ƏliyevaAzərbaycan muğam ifaçılıq sənətində qanun alətiadlı məruzələr ilə çıxış ediblər.

Muzeydə həmçinin, elmi-maarif işi aparılır. Muzeydə onun filiallarında mütəmadi olaraq tədbirlər keçirilir sərgilər təşkil olunur. Muzeyin təşkil etdiyi elmi-kütləvi tədbirlər sırasında Klassik Muziqi Həvəskarları Klubunun işini xüsusi qeyd etmək lazımdır. 2008-ci ildən muzeydə Klassik Musiqi həvəskarları Klubu fəaliyyətə başlayıb. Əsas məqsəd klubun iştirakçılarını klassik musiqi sahəsində maarifləndirməkdir. Klubun tədbirləri ənənəvi olaraq maestro Niyazinin musiqi ocağı olan onun mənzil muzeyində keçirilir. Klassik Musiqi Həvəskarları Klubunun fəaliyyət göstərdiyi vaxtdan bu günə kimi 70-dən çox tədbir keçirilib.

Əbəs yerə deməyiblər ki, musiqi ruha qidadır. Bir deyirlər ki, gözəllik dünyanı xilas edəcək. Amma bura əlavə etmək olar ki, dünyanı gözəllik həyat üçün incəsənət xilas edəcək. Bu yolda rəssamların, şairlərin, yazıçıların musiqiçilərin əməyi böyükdür. Musiqi ruhun qidası, xəstəliklərin dərmanıdır. Klassik musiqilər xəstəlikləri müalicə edir, beyni, ürəyi rahatladır. Musiqilər hər bir insana görə müxtəlif təsir gücünə malikdilər. Kiminsə kefini qaldıracaq, kimdəsə isə sakitlik, həzinlik...ən əsası budur ki, burda insan sakitləşəcək hisslər harmoniya təşkil edəcək. Bütün dünyanı ürəkləri fəth edən musiqiçilərin əsərləri bu gün sağlamlığımız üçün xeyirli bir vasitədir. bu da həmin şəxsiyyətlərin dahiliyini bir daha sübut etmiş olur. Musiqinin insanda necə təəssüratlar yaratdığını insanı sağaltdığını bu gün araşdırmalar da sübut edir. Amma biz özümüz bunun şahidi ola bilərik. Məgər biz hansısa bir musiqini dinlədiyimiz vaxt hansısa bir hiss keçirmirikmi? Musiqi həqiqətən canlı orqanizm üstündə güclü təsirə malikdir. Sevimli musiqi ürəyi sağlam saxlayır. Biz çalışaq, belə dəyərli musiqilərimizi mütəmadi dinləyərək qoruyaq sağlam olaqsözün həm fiziki, həm mənəvi mənasında.

Samirə QULİYEVA

 





01.12.2014    çap et  çap et