525.Az

KİV: ABŞ Prezidenti Çinlə yeni sazişi nəzərdən keçirir


 

KİV: ABŞ Prezidenti Çinlə yeni sazişi nəzərdən keçirir<b style="color:red"></b>

ABŞ Prezidenti Donald Tramp administrasiyası Çin ilə nüvə təhlükəsizliyi sazişini ehtiva edə biləcək genişmiqyaslı razılaşmanı araşdırır.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən yazır.

Nəşr qeyd edib: “Tramp ABŞ-yə Çindən investisiyaların cəlb olunmasında maraqlıdır”.

Tramp nüvə təhlükəsizliyi məsələlərini də sazişə daxil etmək istəyir və bu məsələni ÇXR sədri Si Cinpinlə şəxsən müzakirə etmək niyyətindədir.

 





19.02.2025    çap et  çap et