525.Az

Hindistanda naməlum heyvan insanlara hücum edir


 

Hindistanda naməlum heyvan insanlara hücum edir<b style="color:red"></b>

Pəncab ştatında naməlum heyvan 3 kişiyə hücum edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hər 3 hücum Bsixian kəndi yaxınlığında baş verib.

Qaranlıqda insanlara saldıran heyvanın hər 3 şikarı sağ qalsa da, onlar ciddi xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Məsələn, həkimlər hücuma məruz qalan 58 yaşlı Caqdip Sinqxə 50 tikiş qoyublar.

Yerli hakimiyyət orqanları əhaliyə ehtiyatlı olmağı, qaranlıq vaxtı çölə çıxmamağı məsləhət görməklə yanaşı, naməlum heyvanın tutulması istiqamətində müəyyən işlər görməyə başlayıb.

Qeyd edək ki, davranışına görə insanlara hücum edən heyvanın leopard olması ehtimal edilir.

L.Tağıyeva

 





19.02.2025    çap et  çap et