525.Az

Tennis matçı atışmaya görə dayandırıldı


 

Tennis matçı atışmaya görə <b style="color:red">dayandırıldı</b>

Konqo Respublikasının paytaxtı Brazzavildə keçirilən tennis turnirində atışma baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, məhz bu üzdən rusiyalı İvan Denisovla niderlandlı Quy Den arasında qarşılaşma yarımçıq saxlanılıb.

Silah səslərindən sonra kimsə korta duman şaşkası atıb. Bundan sonra tennisçilər və hakimlər dərhal paltardəyişmə otağına yollanıblar.

Polis vəziyyəti nəzarətə aldıqdan sonra görüş davam etdirilib.

Qeyd edək ki, silahdan kimin istifadə etdiyi, həmçinin, xəsarət alanlar barədə məlumat verilmir.

L.Tağıyeva

 





19.02.2025    çap et  çap et