Ötən ilin dekabrında kəşf edilmiş 2024 YR4 asteroidinin Yerlə toqquşma ehtimalı artıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, NASA astronomlarının hesablamalarına görə, indiki ehtimal 3,1 faizə yüksəlib.
90 metr diametri olan asteroidin planetimizə mümkün çırpılma vaxtı da hesablanıb - 2032-ci il dekabrın 22-də.
Asteroid ilk dəfə aşkar olunarkən onun Yerlə toqquşma ehtimalı 1 faiz idi. Fevralın əvvəllərində isə ehtimal xeyli artaraq 2,3 faiz təşkil etmişdi.
Yeri gəlmişkən, rusiyalı alimlər də 2024 YR4 asteroidinin Yerlə təmas ehtimalını hesablayıblar. Onların fikrincə, rəqəm xeyli aşağıdır - 0,5-0,6 faiz arası.
L.Tağıyeva
çap et