525.Az

Ruslardan İtaliyanın dövlət qurumlarının saytlarına kiberhücum


 

Ruslardan İtaliyanın dövlət qurumlarının saytlarına kiberhücum<b style="color:red"></b>

İtaliyada bəzi dövlət qurumlarının internet saytları rusiyapərəst hakerlərin kiberhücumlarına məruz qalıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki,Telegram-da rusiyayönlü “NoName057” haker qrupunun iddia etdiyi kiberhücumlardan İtaliyanın Biznes Nazirliyinin "Made in Italy", Maliyyə Polisinin, Daxili İşlər və Maliyyə Nazirliklərinin saytları zərər çəkib.

İtaliya Prezidenti Sercio Mattarella fevralın 5-də Fransanın Marsel Universitetində fəxri doktorluq dərəcəsi aldığı mərasimdə çıxışı zamanı Ukraynanı işğal etdiyinə görə Rusiyanı nasist Almaniyası ilə müqayisə etdikdən sonra dünən rusiyayönlü hakerlər bəzi tənqidi təşkilatların saytlarını hədəfə alıblar.

Milan Malpensa hava limanı, Milan Linate hava limanı, Taranto və Trieste limanları, həmçinin İT kimi onlayn sistemlər və Intesa San Paolo bankının internet saytları kiberhücumlara məruz qalıb.

Mattarellanın bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sərt reaksiyasına səbəb olub və Roma ilə Moskva arasında münasibətlər gərginləşib.

Malik Atilay 

 





18.02.2025    çap et  çap et