525.Az

İran iki Britaniya vətəndaşını casusluq ittihamı ilə həbs edib


 

İran iki Britaniya vətəndaşını casusluq ittihamı ilə həbs edib<b style="color:red"></b>

İran iki Britaniya vətəndaşının casusluq ittihamı ilə həbs edildiyini açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, İran məhkəmə sisteminin sözçüsü Əsgər Cahangir bildirib ki, yanvar ayında iki Britaniya vətəndaşı İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat qüvvələri tərəfindən Kirman əyalətində casusluq ittihamı ilə həbs edilib.

Cahangir: "Həbs edilən şəxslər turist adı ilə İrana daxil olub və ölkənin bir çox əyalətlərində araşdırma adı altında məlumat toplayıblar. Bu şəxslər Qərb ölkələrinin kəşfiyyat xidmətləri ilə bağlı gizli təşkilatlarla əməkdaşlıq edirdilər", - deyib.

"Kəşfiyyat və təhlükəsizlik qurumlarının tapıntılarına görə, sözügedən şəxslərin xarici kəşfiyyat təşkilatına bağlı müxtəlif qurumlarla əlaqəsi olduğu müəyyən edilib. Bu mövzuda əlavə araşdırmalar davam edir", - Kirman Ədliyyə Başçısı İbrahim Həmidi qeyd edib.

Malik Atilay 

 





19.02.2025    çap et  çap et