525.Az

Ukraynanın şərqində 200 mindən çox insan didərgin düşüb


 

Ukraynanın şərqində 200 mindən çox insan didərgin düşüb<b style="color:red"></b>

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Avropa Regional Bürosunun direktoru Filipp Leklerk Ukraynanın şərqində artan hücumlar səbəbindən son 6 ayda 200 mindən çox insanın evlərini tərk etdiyini bildirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Cenevrədə keçirilən mətbuat konfransında çıxış edən Lekler, müharibənin minlərlə insanın həyatına son qoyduğunu, ölkə iqtisadiyyatını və infrastrukturunu məhv etdiyini vurğulayıb.

O, Ukraynada 2 milyondan çox evin ciddi ziyan gördüyünü, enerji infrastrukturuna təkrarlanan hücumların insanları soyuq və qaranlıqda yaşamağa məcbur etdiyini əlavə edib.

Malik Atilay

 





19.02.2025    çap et  çap et