525.Az

“Zelenski ABŞ-ı müharibəyə 350 milyard dollar xərcləməyə inandırıb” - Tramp


 

“Zelenski ABŞ-ı müharibəyə 350 milyard dollar xərcləməyə inandırıb” -<b style="color:red"> Tramp</b>

“Vladimir Zelenski ABŞ-ı qalib gələ bilməyəcəyi müharibəyə 350 milyard dollar xərcləməyə inandırıb”.

525.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“ABŞ Avropadan 200 milyard dollar çox xərcləyib”, - deyə o, TRUTH sosial şəbəkəsindəki paylaşımında yazıb.

Lakin Trampın sözlərinə görə, Avropa pulları zəmanət altında köçürüb, ABŞ-a isə heç nə qaytarılmayacaq.

O, əlavə edib ki, Zelenski ABŞ-nin köçürdüyü vəsaitlərin yarısının yoxa çıxması faktını qəbul edir.

ABŞ lideri həmçinin Zelenskini “seçkisiz diktator” adlandırıb.

İbrahim Cəfərov

 





21.02.2025    çap et  çap et