Rusiya ordusu Odessaya raket zərbələri endirib.
525.az xəbər verir ki, bu barədə Rusiya və Ukraynanın teleqram kanalları məlumat yayıb.
“Bir obyektə ən azı dörd zərbə endirilib”, - deyə paylaşımda bildirib.
Hələlik təfərrüatlar açıqlanmayıb.
“Colonelcassad” teleqram kanalının məlumatına görə, liman ərazisinə də zərbə endirilib.
Həmçinin qeyd edilib ki, raket hücumundan sonra şəhərin elektrik təchizatında problemlər yaşanır.
İbrahim Cəfərov
çap et