525.Az

Rusiya və Azərbaycan Xəzərdə birgə təlim keçirəcək


 

Rusiya və Azərbaycan Xəzərdə birgə təlim keçirəcək<b style="color:red"></b> 2015-ci ildə Xəzər dənizində sahilyanı ölkələrin iştirakı ilə hərbi təlimlər keçiriləcək.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, üçtərəfli təlimlərdə Rusiya, Azərbaycan və Qazaxıstan hərbi-dəniz qüvvələri iştirak edəcək.
 
Ayrıca olaraq Rusiya və Azərbaycan hərbi-dəniz qüvvələrinin ikitərəfli təlimləri də keçiriləcək.
 
Rusiya Cənib-Şərq Dairəsindən bildiriblər ki, Rusiya tərəfindən təlimlərdə “Buyan” və “Buyan-M” kiçik raket gəmiləri iştirak edəcəklər. Bu gəmilərin əsas vəzifəsi ölkənin iqtisadi zonasının mühafizəsidir.
 
Qeyd edək ki, “Buyan” və “Buyan-M” gəmiləri ilk dəfə beynəlxalq təlimlərdə iştirak edəcək.
 





01.12.2014    çap et  çap et