"Real" Çempionlar Liqasında unikal nəticəyə nail olub.
QOL.az xəbər verir ki, Madrid təmsilçisi ötən gecə pley-off mərhələsinin cavab görüşündə "Mançester Siti"ni məğlub edib - 3:1. "Real" 1 həftə əvvəl ilk oyunda da rəqibinə qalib gəlib - 3:2. Karlo Ançelottinin komandası ümumilikdə 6:3 hesablı qələbə ilə 1/8 finala vəsiqə qazanıb.
Beləliklə, "Real" ardıcıl 22-ci dəfə turnirin 1/8 finalına yüksəlib. "Opta Sport"un yaydığı məlumata görə, bu, ÇL tarixinin rekordudur. Daha əvvəl heç bir klub yarışda ardıcıl 22 dəfə 1/8 finala adlamayıb.
Xatırladaq ki, "Real"dan başqa "Feyenoord", "Brügge", "Bavariya", "Benfika", "Borussiya" (Dortmund), PSJ və PSV də pley-offdan 1/8 finala yüksəlib. Bu mərhələyə birbaşa vəsiqə qazanan komandalar isə "Liverpul", "Barselona", "Arsenal", "İnter", "Atletiko", "Bayer", "Lill" və "Aston Villa"dır.
çap et