525.Az

Şahin Babayev AİB-nin özəl sektorun inkişafı üzrə regional direktoru ilə görüşüb


 

Şahin Babayev AİB-nin özəl sektorun inkişafı üzrə regional direktoru ilə görüşüb<b style="color:red"></b>

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Şahin Babayev Asiya İnkişaf Bankının (AİB) özəl sektorun inkişafı üzrə regional direktoru Enriko Pinalinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə 525.az-a RİNN-dən bildirilib.

Məlumata görə, görüş zamanı ölkəmizdə nəqliyyat sektorunun inkişafı, bu sahədə AİB tərəfindən icra olunan layihələrlə bağlı müzakirələr aparılıb.

Eyni zamanda nəqliyyat sahəsində AİB-nin Azərbaycan hökuməti ilə əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 





20.02.2025    çap et  çap et