525.Az

Torontoda aşan təyyarənin sərnişinlərinə 30 min dollar kompensasiya ödəniləcək


 

Torontoda aşan təyyarənin sərnişinlərinə 30 min dollar kompensasiya ödəniləcək <b style="color:red"></b>

"Delta Air Lines" aviaşirkəti srağagün Torontonun Pirson Hava Limanında eniş zamanı aşan təyyarənin sərnişinlərinin hər birinə 30 dollar kompensasiya ödəyəcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, kompensasiyanın ödəniş mexanizmi barədə mətbuata açıqlama verilməsə də, qəza zamanı göyərtədə olan 76 sərnişinə ümumilikdə 2,3 milyon dollar ayrılması nəzərdə tutulub.

Xatırladaq  ki, "Delta Air Lines"ə məxsus "Bombardier CRJ-900" təyyarəsi srağagün səhər saatlarında eniş zamanı güclü küləyin təsirindən aşıb. Göyərtədə 76 sərnişin və 4 ekipaj üzvü olub. Qəza zamanı 18 sərnişin xəsarət alıb. Onlardan 3-nün vəziyyəti daha ağır olub.

L.Tağıyeva

 





20.02.2025    çap et  çap et