525.Az

İsrail həbsxanalarından 600-dən çox fələstinli məhbus azad ediləcək


 

İsrail həbsxanalarından 600-dən çox fələstinli məhbus azad ediləcək<b style="color:red"></b>

Fevralın 22-də Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində ən azı 602 fələstinli məhbus, o cümlədən ömürlük həbs cəzasına məhkum edilmiş 50 nəfər İsrail həbsxanalarından azad ediləcək.

525.az “Report” -a istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın məhbuslarla iş üzrə İdarəsi məlumat yayıb.

“İsraillə razılaşmanın bir hissəsi olaraq fevralın 22-də ömürlük həbsə məhkum edilmiş 50 nəfər, uzun müddətə azadlıqdan məhrum edilmiş 60 nəfər, təkrar həbs edilmiş 47 nəfər və 2023-cü il oktyabrın 7-dən sonra saxlanılmış 445 Qəzza sakini azad ediləcək”, - ofisin “Telegram” kanalında dərc olunmuş bəyanatda bildirilib.

Bu gün səhər saatlarında HƏMAS-ın şənbə günü azad ediləcək altı israilli girovun adlarını dərc etdiyi bildirilib.

 





21.02.2025    çap et  çap et