525.Az

PFL qarlı havaya görə bu oyunları təxirə saldı


 

PFL qarlı havaya görə bu oyunları təxirə saldı<b style="color:red"></b>

Peşəkar Futbol Liqası yeni qərar verib.

525.az xəbər verir ki, bu barədə qurumun yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, paytaxt Bakıda və regionlarda mövcud olan, eləcə də davam edəcəyi proqnozlaşdırılan qarlı hava şəraiti ilə əlaqədar olaraq  Peşəkar Futbol Liqası 2-ci Liqanın 24-25 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib. 

Oyunların 27, 28 fevral və 1 mart tarixlərində keçirilməsi qərara alınıb.

Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək.

 





21.02.2025    çap et  çap et