525.Az

Tacikistan və Qırğızıstan sərhədlərin delimitasiyası ilə bağlı sənəd imzaladı


 

Tacikistan və Qırğızıstan sərhədlərin delimitasiyası ilə bağlı sənəd imzaladı<b style="color:red"></b>

Tacikistan və Qırğızıstanın hökümət nümayəndələri sərhədlərin delimitasiyası ilə bağlı protokol imzalayıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, protokola ölkələrin dövlət milli təhlükəsizlik komitələtinin sədrləri Kamçıbek Taşıyev və Saymumin Yatimov tərəfindən imza atılıb.

Növbəti mərhələdə protokola xarici işlər nazirləri "qol qoyacaqlar". Daha sonra sənəd parlametlərdə ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, bu proses gedişindən asılı olaraq, 1-2 il çəkə bilər.

L.Tağıyeva

 





21.02.2025    çap et  çap et