525.Az

400-dən çox idmançı-göyərçin oğurlandı


 

400-dən çox idmançı-göyərçin oğurlandı<b style="color:red"></b>

Hindistanın Mirut şəhərində qəribə oğurluq hadisəsi baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxslər 65 yaşlı Mohd Kayumun bəslədiyi 400-dən çox göyərçini oğurlayıblar. 

Özü də göyərçinlər adi deyilmiş. Uzun müddətdir əhliləşdirilən "sülh quşları" idmançı-göyərçindir. Onlar dəfələrlə müxtəlif müsabiqələrdə iştirak ediblər. Aralarında mükata layiq yerlər tutanlar da var.

Yeri gəlmişkən, göyərçinlərin bəziləri nadir cinsdəndir. Onların ümumi qiyməti isə 11 min dollardan çoxdur.

Qeyd edək ki, dərhal polisə müraciət edən Moht Kayum göyərçinlərin tapılacağına inandığını deyib.

L.Tağıyeva

 





21.02.2025    çap et  çap et