525.Az

Sabunçu rayonunda 4 nəfərin meyiti tapılıb - YENİLƏNİB


 

Sabunçu rayonunda 4 nəfərin meyiti tapılıb - <b style="color:red">YENİLƏNİB</b>

Sabunçu rayonunda meyiti tapılan 4 nəfərin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

525.az APA-ya istinadən xəbər verir ki, onların spirtdən zəhərləndiyi ehtimal olunur. İlkin məlumata görə, kimliyi məlum olmayan şəxslər bir yerdə texniki spirt qəbul edib.

Onların yeyib-içdikləri yerdən texniki spirt qabları tapılıb.

***

Bakının Sabunçu rayonunda 4 nəfərin meyiti tapılıb.

525.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. İki qonşunun meyiti evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılanların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib-içdiyi məlum olub. Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər.

Hadisə ilə bağlı istintaq qrupu yaradılıb. Dörd nəfərin ölüm səbəbi hələlik məlum deyil, müvafiq ekspertizalar təyin edilib.

Araşdırma gedir.

 





22.02.2025    çap et  çap et