525.Az

Mingəçevirdə yol qəzası - 2 nəfər yaralandı


 

Mingəçevirdə yol qəzası - <b style="color:red">2 nəfər yaralandı</b>

Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

525.az xəbər verir ki, "Mercedes" və "VAZ-21099" markalı minik maşınlarının toqquşması nəticəsində ikinci avtomobilin sürücüsü Tofiq Musayev və onun sərnişini Günay Aşurova xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Mingəçevir şəhər polis şöbəsində araşdırma aparılır.

 





23.02.2025    çap et  çap et