525.Az

Rusiyada çoxmərtəbəli binanın yanında partlayış


 

Rusiyada çoxmərtəbəli binanın yanında <b style="color:red">partlayış</b>

Rusiyanın Balakovo şəhərində çoxmərtəbəli binanın yanında partlayış baş verib.

525.az APA-ya istinadən xəbər verir ki, partlayış Leonova çayı kənarındakı evin yaxınlığında baş verib.

İlkin məlumatlara görə, partlayıcı qurğu evin yaxınlığında işə düşüb. Nəticədə, yaxınlıqda olan bir qadın yaralanıb – ayaq və bel yaralanmaları ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerində əməliyyat xidmətlərinin əməkdaşları fəaliyyət göstərir.

 





23.02.2025    çap et  çap et