525.Az

Rusiya Kursk vilayətində Ukrayna ordusunun əsas təchizat marşrutunu nəzarətə götürüb


 

Rusiya Kursk vilayətində Ukrayna ordusunun əsas təchizat marşrutunu nəzarətə götürüb<b style="color:red"></b>

Rusiya hərbçiləri Sverdlikov yaxınlığında irəliləməklə Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin əsas təchizat arteriyasını kəsiblər.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Rusiyanın təhlükəsizlik orqanlarından məlumat verilib.

Mənbə bildirib ki, əsas marşrut nəzarət altındadır: “Bu, Kursk sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təchizatını əhəmiyyətli dərəcədə pozmağa imkan verir”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, artıq Rusiya Silahlı Qüvvələrinin döyüşçüləri Kursk vilayətində Ukrayna ilə sərhədi keçib.

 





23.02.2025    çap et  çap et