Avropa İttifaqı martın 6-da Brüsseldə Ukrayna münaqişəsi və Avropanın müdafiəsi ilə bağlı dövlət və hökumət başçılarının fövqəladə sammitini keçirəcək.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə Aİ nümayəndəsi bildirib.
"Yaxın bir neçə dəqiqə ərzində biz Avropa İttifaqı Şurasının prezidenti Antonio Kostanın martın 6-da Brüsseldə baş tutacaq xüsusi görüş üçün Avropa Şurasını çağıracağını elan edəcəyik. Gündəmin mövzuları Ukrayna və Avropanın müdafiəsidir", - o deyib.
çap et