525.Az

Pakistan Azərbaycanın ən mühüm tərəfdaşlarından biridir - Arzu Nağıyev


 

Pakistan Azərbaycanın ən mühüm tərəfdaşlarından biridir - <b style="color:red">Arzu Nağıyev</b>

Azərbaycanla Pakistan arasında öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə edilən ciddi əlaqələr mövcuddur. Pakistan 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü ölkədir.

Bunu 525.az-a Milli Məclisin deputatı, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Arzu Nağıyev deyib.

Deputat bildirib ki, Azərbaycanla Ermənistan arasında mövcud olmuş münaqişəyə görə və ondan sonrakı dövrdə Pakistan Ermənistana diplomatik əlaqə qurmayıb. Bu günə qədər də Pakistanın Ermənistanda səfrliyi, eyni zamanda Ermənistanın da Pakistanda səfirliyi yoxdur:

“Beynəlxalq səviyyədə hər zaman bir-birimizi dəstəkləmişik. Ulu öndər Heydər Əliyev 1996-cı ildə Pakistanda rəsmi səfərdə oldu, o vaxt 9 sənəd imzalandı. Azərbaycan və Pakistan prezidentləri Dağlıq Qarabağ və Kəşmir problemində bir-birlərini dəstəklədiklərini bəyan etdilər”, -- deputat vurğulayıb.

A.Nağıyev əlavə edib ki, bu gün bütün sahələrdə -iqtisadi, siyasi, mədəni, hərbi və digər sahələrdə əlaqələrimiz mövcuddur:

“Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı müstəqil  daxili və xarici siyasət nəticəsində bir tərəfdaş dövlət də Pakistandır. Qeyd etmək istərdim ki, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Hərbi sahədə də əməkdaşlığımız uğurla davam edir. Tərəflər Azərbaycanla Pakistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əlaqələrin daha da genişləndirilməsi məsələsini daim müzakirə ediblər və bu istiqamətdə də ciddi addımlar atılır. Şəxsi heyət mübadiləsi, hərbi təlimlər, məlumat mübadiləsi, tərəflərin yeni sahələri müəyyən edə bilən inkişaf perspektivi və s. bütün bunlar hamısı nəzərə alınıb”.

Deputat deyib ki, ən mühüm müqavilələrimizdən biri də Hərbi Hava Qüvvələri istiqamətindədir: “Super müasir təyyarələrin alınmasını vurğulamaq istərdim. Bu, həm təlim təyyarələridir, həm döyüş təyyarələridir. Yəni, Azərbaycan Hərbi Hava Qüvvələri ilə Pakistan Aeronavtika Kompleksi arasında deyərdim ki, Pakistan tarixində ən böyük müqavilə imzalanıb. Bu son modifikasiya olan təyyarələrin alınmasıdır”.

A.Nağıyev əlavə edib ki, 44 günlük müharibədə də Pakistan Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədi, eyni zamanda mənəvi dəstəyini göstərdi:

“Bir sözlə, bu proses daim davam edir, Pakistanın Baş nazirinin Azərbaycana səfəri, eyni zamanda cənab Prezidentlə yüksək səviyyəli görüşləri bir daha ondan xəbər verir ki, Pakistan Azərbaycanın ən mühüm, ən ciddi tərəfdaşlarından biridir”.

Pərvanə Sultanova

 





24.02.2025    çap et  çap et