525.Az

“Azərkosmos” Türkiyə şirkəti ilə əməkdaşlığa başlayıb


 

“Azərkosmos” Türkiyə şirkəti ilə əməkdaşlığa başlayıb<b style="color:red"></b> “Azərkosmos”ASC  Türkiyənin televiziya və radio kanallarına daha keyfiyyətli xidmət göstərmək üçün İstanbulda yerləşən “Teleport  Uydu Hizmətləri” şirkəti ilə əməkdaşlığa başlayıb.
 
“Azərkosmos”dan 525.az-a verilən məlumata görə, “Azerspace-1” peyki vasitəsilə bu teleportdan artıq bir çox türk telekanalları yayımlanmaqdadır. Hazırda yayımlanan kanal tezlikləri və kanallar aşağıdakı siyahıda qeyd olunub:
 
11015 / H / 30000
 
1   Azercosmos Promo
2   Euro D
3   Euro Star TV
4   TV 8-int
5   Show Turk
6   NTV
7   Can Azerbaycan TV
8   Yeni Shop TV
9   Kanal 12
 
Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.
Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. Şirkətin strateji inkişaf planlarına gələcək illərdə ikinci telekommunikasiya peykinin ortitə çıxarılması və Yer səthinin məsafədən müşahidəsinə dair kommersiya xidmətlərinin göstərilməsi daxildir.
 





02.12.2014    çap et  çap et