525.Az

Cənubi Koreya Rusiyaya tibbi avadanlıqların tədarükü ilə bağlı sanksiyaları ləğv edib


 

Cənubi Koreya Rusiyaya tibbi avadanlıqların tədarükü ilə bağlı sanksiyaları <b style="color:red"> ləğv edib</b>

Cənubi Koreya Rusiyaya tibbi avadanlıqların tədarükünə qoyulan sanksiyaları aradan qaldırmaq qərarına gəlib.

525.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Sənaye, Ticarət və Sərvətlər Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında deyilir ki, fevralın 28-dən etibarən tibbi avadanlığın ixracı ilə bağlı antirusiya məhdudiyyətləri aradan qaldırılacaq.

Bu qərar ixracatçı şirkətlərin fərdi ixrac icazələri almaqda çətinlikləri ilə əlaqədar qəbul edilib.

İbrahim Cəfərov

 





24.02.2025    çap et  çap et