525.Az

Türkiyədə rusiyalı turistə 15 il həbs verildi


 

Türkiyədə rusiyalı turistə 15 il həbs verildi<b style="color:red"></b>

Antalya məhkəməsi rusiyalı Yekaterina Burnazkinaya 15 illik həbs cəzası kəsib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb 18 yaşlı Katyanın yeni doğulmuş körpəsini Antalya aeroportunun sanitar qovşağına artmasıdır.

Hadisə ötən ilin oktyabrında baş verib. Anası Yelena Burnazkina ilə Antalyaya gələn Yekaterina aeroportun sanitar qovşağında qız uşağı dünyaya gətirib və körpəni unitaza ataraq ölkəsinə getmək istəyib. Amma polis əməkdaşlarının sayıqlığı nəticəsində körpəni həyatda saxlamaq olub, qız isə həbs edilib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfirliyi Burnazkinanın məsələsini diqqətdə saxladığını və qızın Rusiyaya ekstradisiya olunması istiqamətində danışıqlar aparıldığını bildirib.

L.Tağıyeva

 





24.02.2025    çap et  çap et