525.Az

İstanbul derbisində heç-heçə


 

İstanbul derbisində heç-heçə<b style="color:red"></b>

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.

525.az xəbər verir ki, 25-ci turda “Qalatasaray” “Fənərbaxça”nı qəbul edib. 

Türkiyə futbolunda hakimlərlə bağlı yaşanan davamlı problemlərə gərə qarşılaşmanı əcnəbi fit sahibi - sloveniyalı referi Slavko Vinçiç idarə edib. “Rams Park”da oynanılan görüşdə qapılara qol vurulmayıb.

Komandalar arasında ötən il keçirilən son görüşdə "Qalatasaray" 3:1 hesablı qələbə qazanıb. 

Bu nəticədən sonra turnir cədvəlinə 64 xalla "Qalatasaray" başçılıq edir. “Fənərbaxça” isə 58 xalla 2-cidir.

Türkiyə Superliqası, 25-ci tur

24 fevral

21:00. "Qalatasaray" – "Fənərbaxça" - 0:0

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

“Rams Park”

 





24.02.2025    çap et  çap et