525.Az

Aİ ölkələri Ukraynaya yardımla bağlı razılığa gələ bilməyiblər


 

Aİ ölkələri Ukraynaya yardımla bağlı <b style="color:red"> razılığa gələ bilməyiblər</b>

Avropa İttifaqının (Aİ) rəhbərləri Ukraynaya 2025-ci il üçün yeni yardımla bağlı razılığa gələ bilməyiblər, ona görə də bu məsələ ilə bağlı müzakirələri davam etdirəcəklər.

525.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.

“Aİ xarici işlər nazirləri Ukraynaya yeni hərbi yardımın göstərilməsi ilə bağlı təşəbbüsü müzakirə ediblər, lakin onun təfərrüatları və həcmi Aİ-nin martın 6-da keçiriləcək fövqəladə sammitində müzakirə olunacaq”, - deyə Kallas vurğulayıb.

Aİ diplomatiyasının rəhbəri əlavə edib ki, Brüssel tezliklə Rusiyaya qarşı 17-ci sanksiyalar paketi üzərində işə başlayacaq.

İbrahim Cəfərov

 





25.02.2025    çap et  çap et