525.Az

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb


 

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb<b style="color:red"></b> Azərbaycan Milli Məclisinin növbəti iclası dekabrın 16-da baş tutacaq.
 
Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA - ya açıqlamasında bildirib ki, iclasın gündəliyinə 30 məsələ daxildir.
 
Bura Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlər və bəyannamələr, bələdiyyələrlə bağlı bir sıra sənədlər, o cümlədən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “İnformasiya vermək haqqında”, “Yol hərəkəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Dərman vasitələri haqqında” qanunlara, İnzibati Xətalar, Su və Miqrasiya məcəllələrinə dəyişikliklər daxildir.
 





02.12.2014    çap et  çap et