525.Az

İstanbul Gedik Universitetinin rektoru BANM-də olub


 

İstanbul Gedik Universitetinin rektoru BANM-də olub<b style="color:red"></b>

İstanbul Gedik Universitetinin rektoru professor Ahmet Kesik SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

Bu barədə 525.az-a ali məktəbdən məlumat verilib.

Rektor Elmar Qasımovla görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə beynəlxalq layihələrdə, tələbə mübadiləsi və ikili diplom proqramları kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. BANM-in mühəndislik, informasiya texnologiyaları və biznes sahələrindəki uğurları yüksək qiymətləndirilib.

Sevinc Qarayeva 

 





25.02.2025    çap et  çap et