525.Az

Gürcüstanda güclü qardan zərər çəkənlərə hərbçilər yardım edəcək


 

Gürcüstanda güclü qardan zərər çəkənlərə hərbçilər yardım edəcək<b style="color:red"></b>

Gürcüstanın qərbində güclü qar yağmasından zərər çəkmiş əhaliyə yardım prosesinə hərbçilər cəlb ediləcək.

525.az APA-ya istinadən xəbər verir ki, müvafiq qərarı Gürcüstanın baş naziri İrakli Kobaxidze verib.

"Əlverişsiz hava şəraitinin yaratdığı çətinliklərin aradan qaldırılması, əhalinin ehtiyaclarının ən qısa müddətdə qarşılanması üçün yerli icra hakimiyyəti və aidiyyəti xidmət orqanlarının nümayəndələri fövqəladə rejimdə işləyirlər", - hökumət administrasiyasının bəyanatında bildirilib.

 





25.02.2025    çap et  çap et