525.Az

Slovakiya da Ukraynadan pullarını geri tələb edə bilər - “3,5 milyard avronu Zelenski necə qaytaracaq?”


 

Slovakiya da Ukraynadan pullarını geri tələb edə bilər - <b style="color:red"> “3,5 milyard avronu Zelenski necə qaytaracaq?”</b>

ABŞ-nin ardınca Avropa İttifaqının (Aİ) üzvləri də Ukraynaya dəstək üçün ayrılan pulların geri ödənilməsini tələb edə bilər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Slovakiya Milli Partiyasının rəhbəri və ölkə parlamentinin vitse-spikeri Andrey Danko öz feysbuk səhifəsində paylaşım edib.

“Əgər almanlar, fransızlar və amerikalılar pullarını geri istəsələr, Slovakiya da buna səssiz qala bilməz”, - deyə Danko bildirib.

Siyasətçinin sözlərinə görə, Slovakiyanın Ukrayna prezidenti Vladimir Zelenskidən 3,5 milyard avronun qaytarılmasını tələb etmək hüququ var:

“Slovakiya haqqında soruşacağam: ora göndərdiyimiz 3,5 milyard avronu Zelenski necə qaytaracaq?”

İbrahim Cəfərov

 





25.02.2025    çap et  çap et