525.Az

Polşa Ukraynaya 200 milyon avroluq yeni yardım paketi hazırlayıb


 

Polşa Ukraynaya 200 milyon avroluq yeni yardım paketi hazırlayıb<b style="color:red"></b>

 

Polşa Ukraynaya dəyəri 200 milyon avrodan çox olan hərbi yardımın daha bir hissəsini köçürməyə hazırlaşır.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış Nazirlər Kabinetinin iclasının yekununda bildirib.

“Biz Ukraynaya çoxlu ianələr təqdim etmişik. İndi növbəti, dəyəri 200 milyon avrodan çox olan 46-cı ianəni hazırlayırıq”, - o deyib.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Polşanın Baş naziri Donald Tusk ölkəsinin Ukraynaya 100 milyon avro məbləğində növbəti - 45-ci yardım tranşını təqdim edəcəyini bildirmişdi.

 





25.02.2025    çap et  çap et