Rusiyanın Marseldəki Baş Konsulluğu yaxınlığında partlayış baş verib.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, Fransa mətbuatında çıxan xəbərlərə görə, səhər saatlarında Marsel şəhərinin 8-ci məhəlləsində yerləşən Rusiyanın Marsel Baş Konsulluğu yaxınlığında partlayış səsi eşidilib.
Hadisə yerinə yanğınsöndürənlər və polis qrupları göndərilib.
Konsulluq binası ətrafında təhlükəsizlik tədbirləri görülsə də, hələlik partlayışın səbəbi ilə bağlı açıqlama verilməyib.
Digər tərəfdən partlayış nəticəsində can itkisinin olmadığı bildirilib.
Qeyd edək ki, Rusiyanın Marseldəki baş konsulu Stanislav Oranski “La Marseillaise” nəşrinə bildirib ki, partlayış konsulluğun hüdudları daxilində baş verib və yanğınsöndürənlər müdaxilə ediblər.
Malik Atilay
çap et