525.Az

Aİ Ukraynaya 3,5 milyard avro yardım göndərəcək


 

Aİ Ukraynaya 3,5 milyard avro yardım göndərəcək<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen mart ayında Ukraynaya 3,5 milyard avroluq yeni ödəniş ediləcəyini bildirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, von der Leyen Rusiya-Ukrayna müharibəsinin üçüncü ildönümü ilə əlaqədar Kiyevdə keçirilən Ukraynaya dəstək üçün beynəlxalq sammitdə çıxış edib.

Avropanın azad və suveren Ukraynaya inandığını vurğulayan von der Leyen, "Ukraynadakı müharibə Avropanın gələcəyi üçün ən mərkəzi və mühüm böhran olaraq qalır" deyib.

Von der Leyen təkcə Ukraynanın deyil, Avropanın da taleyinin təhlükə altında olduğunu və onların birinci prioritetlərinin Ukraynanın müqavimətini gücləndirmək olduğunu vurğulayıb.

Von der Leyen Ukrayna fondu və G7 krediti sayəsində Ukraynanın 2025-ci il büdcə kəsirinin bağlandığına diqqət çəkib.

“Biz təcili surətdə silah və sursatların çatdırılmasını sürətləndirməliyik”. von der Leyen qarşıdakı dövrdə bu mövzuda intensiv işləyəcəklərini bildirib.

Von der Leyen qeyd edib ki, Ukraynanın suverenliyinə sərmayə qoymaq gələcək müharibələrin qarşısının alınmasına sərmayədir.

Malik Atilay 

 





27.02.2025    çap et  çap et