525.Az

179 nəfərin öldüyü Muan Hava Limanı yenidən fəaliyyətdə


 

179 nəfərin öldüyü Muan Hava Limanı yenidən fəaliyyətdə<b style="color:red"></b>

Cənubi Koreyada Jeju Air təyyarəsinin eniş zamanı nəzarətdən çıxması və 179 nəfərin həyatını itirməsi ilə nəticələnən təyyarə qəzasının baş verdiyi Muan Beynəlxalq Hava Limanında 56 günlük fasilədən sonra uçuşlar bərpa edilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, aviasiya rəhbərliyi dünəndən etibarən Muan Beynəlxalq Hava Limanında uçuşların bərpasına icazə verib.

Bu çərçivədə hava limanında 56 günlük fasilədən sonra tibbi və təhsil məqsədləri üçün uçuşlar bərpa edilib.

Qeyd edək ki, hava limanında kommersiya uçuşları təhlükəsizlik yoxlamaları və təkmilləşdirmələr üçün aprelin 18-dək təxirə salınıb.

Malik Atilay 

 





24.02.2025    çap et  çap et