525.Az

Brüsseldə eyni bölgədə bir ayda beşinci silahlı hücum


 

Brüsseldə eyni bölgədə bir ayda beşinci silahlı hücum<b style="color:red"></b>

Belçikanın paytaxtı Brüsseldə eyni bölgədə bu ay beşinci dəfə silahlı hücum baş verib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Brüssel Respublika Prokurorluğunun yaydığı yazılı açıqlamaya görə, ötən gecə Anderlext rayonunda bir köşk silahlı hücuma məruz qalıb.

Hücum edənlər avtomobillə hadisə yerindən uzaqlaşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Polis hadisə yerində 25 patron gilizi aşkarlayıb.

Atışmadan qısa müddət sonra səlahiyyətlilər Anderlext yaxınlığındakı Neerpede rayonunda hücumda istifadə edildiyi ehtimal olunan yanmış avtomobil tapıblar.

Qeyd edək ki, hadisə ilə bağlı istintaq davam edir.

Malik Atilay

 





25.02.2025    çap et  çap et