525.Az

Braziliyada avtobusla yük maşını toqquşdu: 12 tələbə ölüb, 19 yaralı


 

Braziliyada avtobusla yük maşını toqquşdu: <b style="color:red">12 tələbə ölüb, 19 yaralı</b>

Braziliyada avtobus və yük maşınının toqquşması nəticəsində 12 tələbə həyatını itirib, 19 nəfər yaralanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, San-Pauludan hərəkət edən avtobus Valdir Canevari şossesində yük maşını ilə toqquşub.

Qəza nəticəsində 12 tələbə dünyasını dəyişib, 19 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

San-Paulu qubernatoru Tarcisio de Freitas sosial media hesabında hadisə ilə bağlı başsağlığı verərək: "12 universitet tələbəsinin dəhşətli qəzada həyatını itirdiyini böyük kədərlə öyrəndim" , - ifadəsini işlədib.

Malik Atilay

 





25.02.2025    çap et  çap et