Ukraynalı qaçqınların əksəriyyəti ölkəyə qayıtmayacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə milli birlik naziri Aleksandr Çernışev bildirib.
Çernışev konkret rəqəm də deyib. Onun sözlərinə görə, müharibə səbəbindən ölkəni tərk edən hər 10 qaçqından cəmi 3-ü ölkəyə qayıdacaq.
Qeyd edək ki, nazir müharibə dayansa belə, yenə də qaçqınların əksəriyyətinin Ukraynaya dönməyəcəklərinin də acı reallıq olduğunu söyləyib.
L.Tağıyeva
çap et