525.Az

Daha bir Superliqa klubu əcnəbi hakim tələb edir


 

Daha bir Superliqa klubu əcnəbi hakim tələb edir<b style="color:red"></b>

Türkiyənin "Samsunspor" klubu qarşıdan gələn vacib oyunlarını əcnəbi hakimlərin idarə etməsini istəyir.

QOL.az xəbər verir ki, Superliqa təmsilçisi bununla bağlı rəsmi açıqlama yayıb.

"Samsunspor" hazırda Superliqada 46 xalla 3-cüdür. Samsun təmsilçisi "Qalatasaray" "Fənərbaxça" və "Trabsonspor"la keçiriləcək vacib oyunlarının əcnəbi hakimlərin idarə etməsi ilə bağlı Türkiyə Futbol Federasiyasına rəsmi müraciət edib.

Xatırladaq ki, son dövrlər Türkiyə futbolunda hakim idarəçiliyi ilə bağlı böyük narazılıq yaranıb. Bu səbəbdən bir neçə gün əvvəl "Qalatasaray"la "Fənərbaxça" arasında keçirilən derbi matçını (0:0) sloveniyalı FİFA referisi Slavko Vinçiç idarə edib.

 





26.02.2025    çap et  çap et